Modern.az

ABŞ-da 5 günlük matəm elan edildi

ABŞ-da 5 günlük matəm elan edildi

5 Avqust 2019, 00:13

Texas, Ohio və Çikaqoda baş verən teraktlardan dolayı ABŞ-da 5 günlük matəm elan edilib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib.

Qərarda ABŞ bayrağının başda Ağ Ev olmaqla bütün qurumların binalarında, hərbi birləşmələrdə, dəniz limanlarında, səfirlik və konsulluqlarda, ABŞ-ın xaricdəki rəsmi qurumlarında 8 avqustadək yarıya qədər endirilməi yer alıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Texas ştatının El Paso və Ohio ştatının Dayton şəhərində baş verən silahlı hücumlar nəticəsində 30 nəfər həlak olub, xeyli insan yaralanıb.

Çikaqoda törədilən iki terakt zamanı isə 9 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır