Modern.az

Fövqəladə Hallar Nazirliyi Bakı sakinlərinə müraciət edib

Fövqəladə Hallar Nazirliyi Bakı sakinlərinə müraciət edib

2 Fevral 2012, 18:08

Fövqəladə Hallar Nazirliyi (FHN) son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkətin çətinləşdiyini nəzərə alaraq əhaliyə müraciət edib.
Modern.az-ın məlumatına görə, FHN-nin açıqlamasında deyilir:

”Yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilmişdir. Hazırda Bakı şəhərinin Binə, Hövsan, Zirə, Qobu, Müşfiqabad, Dübəndi, Pirallahı qəsəbələri istiqamətində, habelə Bakı-Sumqayıt magistral yolunun bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücülərə və piyadalara Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən lazımi köməklik göstərilir.
Fövqəladə Hallar Nazirliyi sürücülərə zərurət olmadığı halda qeyd edilən yollardan istifadə etməməyi tövsiyə edir”.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi