Modern.az

Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan əraziləri – SİYAHI

Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan əraziləri – SİYAHI

5 Avqust 2019, 13:50

Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi, Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni tapdağında olması hər kəsin bildiyi faktdır. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağın az bir hissəsinə nəzarət etməsi diqqətdənkənar qalan, qabardılmayan reallıqdır. 

 

Modern.az saytı 1991-1994-cü illərin erməni təcavüzündən sonra Azərbaycanın nəzarəti altında saxlaya bildiyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarına daxil olmuş ərazilərin siyahısını təqdim edir.

 

Çaylı (erm. Verun Çaylu) kəndi  - XIX əsrdə ermənilər tərəfindən məskunlaşdırılan kənd ermənicə Verun Çaylu (Yuxarı Çaylı) yaxud Hayqestan adlandırılırdı. Ağdərə rayonunu 1992-ci ildə ləğv olunmasından sonra Tərtər trayonunu inzibati vahidinə çevrilən kənd Qarabağ müharibəsi zamanı qanlı döyüşlərə meydan olub. Azərbaycan ordusu düşmənin həmlələrini dəf edərək kəndi qoruya bilib. Çaylı kəndi təmas xəttinin yaxınlığında yerləşir. 2010-cu ilin 18 uyununda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov məhz bu kənd istiqamətində baş verən döyüşdə şəhid olub.

 

Şıxarx (erm. Leninavan) qəsəbəsi  – Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə daxil olan və Azərbaycanın bayrağının hələ də dalğalandığı daha bir yaşayış məntəqəsidir. Ermənilərin yaşadığı Şıxarx 1954-cü ildə Marquşevan və Marağa kəndlərinin birləşməsi yolu ilə Leninavan qəsəbəsi adlanmağa başlayıb. Qəsəbə Qarabağ döyüşləri zamanı Milli Ordumuz tərəfindən azad olunub. Hazırda Şıxarx qəsəbəsi təmas xəttinə yaxın ərazidə yerləşir.

 

Qızıloba (erm. Karmiravan) – Keçmiş Ağdərə rayonunu daha bir kəndidir. Qızıloba kəndi hazırda Azərbaycan və  Ermənistan ordularının təmas xəttində, neytral ərazidə yerləşir.

 

Həsənqaya kəndi – Şıxarx qəsəbəsinin qonşuluğunda yerləşən bu kənd də Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə daxil idi. Hazırda kənddə 30-a qədər azərbaycanlı ailə yaşayır.

 

Nərgiztəpə - Xocavənd rayonunu Azərbaycanın nəzarəti altında olan hissəsidir. Rayonun şərqində yerləşən Nərgiztəpədə daimi əhali olmasa da, Dağlıq Qarabağın mərkəzinə gedən ən qısa yol burdan keçir.  

 

Ermənistan rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə daxil olmayan, hazırda isə Gornaboy rayonunun tərkibində yerləşən keçmiş Şaumyan rayonunu (indiki Aşağı Ağcakənd qəsəbəsi) ərazilərinə də iddia irəli sürürlər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər