Modern.az

Ülker Başbuğa 15-22 il arasında həbs istənilib

Ülker Başbuğa 15-22 il arasında həbs istənilib

2 Fevral 2012, 22:21

Həbsdə olan Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, ordu generalı Ülker Başbuğ haqqında iddialar artıq hazırdır.

Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, generalın işini aparan dövlət ittihamçısı onu höküməti yıxmağa təşəbbüsdə suçlayaraq həbs cəzası istəyib.

İstanbul Cümhuriyyət hakimi Cihan Kansız tərəfındən hazırlanan 39 səhifəlik iddialar İstanbul 13. Ağır Cəza Məhkəməsinə göndərilib.

İddianamədə Başbuğa silahlı terror qrupu yaratmaq suçu ilə 15 ildən 22,5 ilə qədər həbs cəzası tələb edilir.. 

İddianamənin göndərildiyi İstanbul 13. Ağır Cəza Məhkəməsinin iddianaməni qəbul edib etməməsi ilə bağlı 15 gün müddətində qərar verməsi gözlənilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı