Modern.az

Qəbələdə toyda zəhərlənənlərin sayı 72-yə çatdı - YENİLƏNİB

Qəbələdə toyda zəhərlənənlərin sayı 72-yə çatdı - YENİLƏNİB

Hadisə

5 Avqust 2019, 23:52

Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qidadan zəhərlənənlərin sayı 72 nəfərə çatıb.


Modern.az xəbər verir ki, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda Mərkəzi Xəstəxanada 5, Diaqnostika Mərkəzində 3 xəstənin stasionar müalicəsi davam etdirilir.

Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

***

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır