Modern.az

Azərbaycan Dövlət Neft Fondunda 95,47 ton qızıl var

Azərbaycan Dövlət Neft Fondunda 95,47 ton qızıl var

İqtisadiyyat

6 Avqust 2019, 19:16

Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın bu reytinqdə yer almaması ilə bağlı bildirmək istərdik ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

Modern.az xəbər verir ki, bu açıqlamanı Dövlət Neft Fondu yayıb.

“Bildirmək istərdik ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir.

Nəzərinizə çatdırırıq ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır”,- deyə Fondun açıqlamasında qeyd edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü