Modern.az

“13-cü qurultayda AYB sədrliyinə namizədliyimi irəli sürəcəyəm” – Gənc şair

“13-cü qurultayda AYB sədrliyinə namizədliyimi irəli sürəcəyəm” – Gənc şair

7 Avqust 2019, 13:24

“Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa, üç-beş eyni simalar - adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var. Amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla gənclər üçün heç nə edilməyib. Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki, Prezident əvvəlcə 800 min manat, daha sonra da 3 milyon manat ayırıb. Bəs bu pullar hara xərclənib? Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq, AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm. Düşünürəm ki, bütün problemlərin öhdəsindən gələrəm. Ona görə də 13-cü qurultayda namizədliyimi irəli sürəcəyəm”.

Bunu Modern.az-a açıqlamasında Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, şair Tural Turan deyib.

AYB Gənclər Şurasının üzvü bildirib ki, qurultay öncəsi namizədlik platformasını açıqlayacaq:

“Hələ indidən platformamı açıqlamaq istəmirəm. Tezdir. İndi əsas məsələ namizədliyimizi təsdiqlətməkdir. Xalq yazıçısı Çingiz Abdullayevin, Xalq şairi Fikrət Qocanın açıqlamalarından belə gördüm ki, onlar bu dəfə də gəncləri namizəd kimi görmək istəmirlər. Çünki çəkinirlər. Axırıncı qurultaydan üzübəri gənclərin dünyada tanıdılması üçün heç nə edilməyib. Kitabları xarici dillərə tərcümə olunmayıb. Halbuki, üzvü olduğum qurumun buna maddi imkanları da çatır. Ən yaxşı halda Çingiz Abdullayevin, Anarın, nisbətən gənc sayıla biləcək Səlim Babullaoğlunun kitabları xarici dillərdə yayımlanıb. İmzaları tanıdılıb. Təbii ki, bunlar sevindirici məqamlardır. Özü də Azərbaycan poeziyası adına. Amma əksər istedadlı gənclər bu kimi uğurlardan kənarda qaldı. İndi Azərbaycanın ən gənc yazarları heç qonşu Gürcüstanda, Türkiyədə də tanıdılmır. Halbuki, AYB-nin bu ölkələrin yazıçılar birlikləri ilə çox yaxşı əlaqələri var. Maliyyə məsələsi də bəhanə edilə bilməz. Çünki ölkə başçısı yuxarıda qeyd etdiyim kimi, AYB-yə vaxtaşırı olaraq pul ayırır. Özü də külli miqdarda. Ən azından 800 min manata 10 yazıçının kitabını müxtəlif xarici dillərdə çap etmək olardı”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi