Modern.az

İstanbulda yaşayan azərbaycanlıların Əkrəm İmamoğlu haqda mövqeyi HAÇALANDI: “CHP bizə soyuq davranır”

İstanbulda yaşayan azərbaycanlıların Əkrəm İmamoğlu haqda mövqeyi HAÇALANDI: “CHP bizə soyuq davranır”

7 Avqust 2019, 13:42

Bu il iyunun 23-ü İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində  Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu qalib gəlmişdi. İmamoğlunun qalibiyyətindən bir aydan çox vaxt ötür.

Maraqlıdır, İstanbulda yaşayan azərbaycanlılar yeni bələdiyyə başçısı Əkrəm İmamoğlunun fəaliyyətini necə qiymətləndirirlər?

 

Modern.az saytının əməkdaşı mövzu ilə əlaqədar İstanbulda yaşayan həmyerlilərimizə müraciət edib.  

 

Azərbaycanlı jurnalist Məhsəti Şərif  deyir ki, bir ay ərzində İstanbulda elə bir ciddi dəyişiklik olmayıb:

“İstanbul Böyükşəhər Bələdiyyəsi hələ ki bir aydır fəaliyyətə başlayıb və bu müddət ərzində hər hansı ciddi dəyişikliyin olduğunu desək, yəqin səmimi olmarıq. Hələ ki CHP müşahidə funksiyasını yerinə yetirir. Yəni araşdırma edirlər ki, hansı işləri həyata keçirə bilərlər. Burada İstanbul üçün böyük əhəmiyyətə malik vağzal var idi. Elə ilk olaraq da işə onun təmirindən başladılar. Ankarada yeni bələdiyyə başçısı Mansur Yavaş işə başladığı 3 aydır. CHP-in İstanbulda  işə başladığı isə 1 ay deyil. Seçkinin yenidən keçirilməsi görüləcək işləri də bir qədər təxirə saldı.  Bir ay olduğu üçün hələ ciddi bir fərq hiss etmirik”. 

 


İstanbulda yaşayan daha bir həmyerlimiz, yazıçı-jurnalist Elçin Aslangil bildirir ki,  Əkrəm İmamoğlunun bələdiyyə başçısı olmağı şəhərin hər yerində hiss olunur.


“Gəlmələrə qarşı, (təkcə Azərbaycan türklərindən başqa) sərt tədbirlər görülməyə başlayıb. Sığortasız işçi işlədən istənilən sahibkar sərt cəzalandırılır. AKP dönəmində buna bir o qədər də əhəmiyyət verilmirdi və bu səbəbdən ucuz işçi olan xarici vətəndaşların əməyindən yararlanmaq sahibkarlara yaxşı qazanc mənbəyi idi”.

 

Elçin Aslangil deyir ki, İstanbulda qeydiyyatda olmayan xarici vətəndaşlar deportatsiya da edilir.

“Düzünə qalsa, AKP bələdiyyələri Azərbaycan türklərinə hər zaman isti münasibət göstərib. CHP isə bizlərə qarşı bir az soyuq davranır desəm, yalan olmaz. Hər nə olursa olsun, mən İstanbulda yaşayan həmyerlilərimizi düşünürəm, öz mənafeyim maraqlandırır məni”.

 

Azərbaycanlı Raifə Çakmak: “Öncə onu deyim ki, Əkrəm İmamoğlu hər kəsi dinləyir və rüşvətin əleyhinədir. Mədəni insandır, xüsusi olaraq şəhərdə yaşıllıq, təmizlik işlərinə önəm verir. Bəylik düzündə çox gözəl koplekslər tikilib istifadəyə verilib. Onu da qeyd edim ki, uşaqlar üçün  idmanın hər növünü pulsuz edib, xalqın içində, imkansız ailələrin yanında  olur. İstanbuldakı fəaliyyətinə gəldikdə isə hələ ki burada çox yenidir və imkan versələr gözəl işlərə imza atacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi