Modern.az

Bakıda nişanlı cütlüyü maşın vurdu

Bakıda nişanlı cütlüyü maşın vurdu

Hadisə

7 Avqust 2019, 19:30

Bakıda - "Gənclik Mall" ticarət mərkəzi ilə üzbəüz olan avtobus dayanacağının yanında minik avtomobili yoldan səkiyə çıxıb.

 

Modern.az-ın məlumatına görə, avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. Onların nişanlı olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma çağırış saat 18.37 də daxil olub. Qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub:

 

"Hadisə yerində olan həkim briqadasının bildirdiyinə görə, onların həyatları üçün təhlükə yoxdur".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!