Modern.az

"Uşaq problemlərinin günahı kimdədir?"

"Uşaq problemlərinin günahı kimdədir?"

3 Fevral 2012, 15:35

"Sağlam Toplum" İctimai Birliyinin 2 ay ərzində gerçəkləşdirdiyi sorğu yekunlaşıb. Birliyin sədri Lalə Mehralının verdiyi məlumata görə bu müdət ərzində sorğuda  331 respondent iştirak edib.

"Uşaq Problemlərinin Günahı Kimdədir?" adlı sorğuda iştirak edən respondentlərdən 113 nəfəri bunun günahının valideynlərdə olduğunu deyib.

Uşaq problemlərinin günahının dövlətdə olduğunu deyən 36 nəfər olub.

180 nəfər cəmiyyətin bu məsələdə günahının çox olduğunu qeyd edib.

Cəmi iki nəfər isə uşaq problemlərində günahın elə uşaqlarda olduğunu deyib.

Qeyd edək ki, bu sorğu həm birliyin veb-saytında, həm də təşkilatın könüllü üzvləri tərəfindən paytaxtda keçirilib.

Birlik sədrinin sözlərinə görə "Sağlam Toplum" İB uşaq problemləri ilə yaxından maraqlanır, cəmiyyətin bu məsələdə daha məlumatlı olması üçün birliyin veb-saytında bu barədə geniş araşdırmalar yayımlayırlar.

Təşkilat uşaqların pis vərdişlərdən - siqaret və narkomaniyaya, habelə spirtli içkilərdən uzaqlaşdırılması üçün bütün QHT-lərin ortaq bir layihə keçirməsinin tərəfdarıdır.

“Sağlam Toplum” İB-nin sədri Lalə Mehralı mediada bu sahədə ciddi araşdırmaları ilə mütəmadi çıxış edir, cəmiyyətin bu və bu kimi digər problemlərini geniş şəkildə ortaya qoyur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub