Modern.az

Dəyişkən hava ciddi problemlər yaratdı

Dəyişkən hava ciddi problemlər yaratdı

Dünya

8 Avqust 2019, 00:59

Bu həftənin əvvəlindən İsveçrədə hökm sürən dəyişkən hava şəraiti bir sıra problemlər yaradıb.

Modern.az  xəbər verir ki, bazar ertəsi şiddətli yağışlardan sonra İsveçrə səmalarında, xüsusən də ölkənin şimal bölgələrində şiddətli göy gurultuları ilə müşayiət olunan fırtınalar başlayıb. Bir neçə saat ərzində fırtına Solothurn və Konstanz Gölü kantonları arasındakı ərazilərə, o cümlədən Berner Oberlanda və ölkənin mərkəzinə yayılıb.

SRF Meteoroloji Xidmətinin məlumatına görə, bu günə qədər 16 min 500-dən artıq şimşək çaxması qeydə alınıb.

Sürix Hava Limanına ildırım düşməsi təhlükəsi səbəbindən bir çox reyslərdə gecikmələr baş verib. Avqustun 6-da isə saat 19:00-20:00 aralığında təyyarələr ümumiyyətlə havaya qalxmayıb. Təhlükəsizlik məqsədilə hava limanında işçi heyətdən heç kimin açıq havada qalmasına və təyyarələri hazırlamasına icazə verilməyib.

Hava şəraiti ilə əlaqədar, həmçinin Beznau AES-in 1 bloku bağlanıb. Güman edilir ki, gecə saatlarında 220 kilovoltluq toplayıcı elektrik stansiyanın sıradan çıxmasına məhz ildırım vurması səbəb olub. Hazırda vəziyyət sabitdir, reaktor yenidən işə salınıb.

"Meteo News" və "SRF" meteoroloji xidmətlərinin proqnozlarına görə, dolu, leysan yağışları və fırtına ilə müşayiət olunan hava həftə ərzində davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir