Modern.az

Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI

Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI

3 Fevral 2012, 16:26

Bu yaxınlarda Azərbaycanda tanınmış idmançının dəhşətli qətl törətməsi böyük səs-küy  doğurdu. Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi Müseyib Cəfərovun 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirdiyinə görə həbs olunması gündəmin əsas mövzusuna çevrildi. Hadisəni törədən idmançı qolunun gücündən deyil, silahdan istifadə etmişdi.

Təəssüf ki, Azərbaycanda professional idmanla məşğul olan və bir-iki dəfə yüksək uğur qazanan idmançıların bəziləri bu nailiyyətlərini sonrakı “əməlləri” ilə darmadağın edirlər. Bir çox hallarda qızıl medal qazanan, bayraq qaldıran idmançılar ölkəyə qayıdan kimi çalışırlar ki, özlərinə polisdə, kömrükdə, vergidə, “fövqəladə hallarda” və başqa "prestijli" bir sahədə iş yeri tapsınlar. Qolunun gücünə güvənən bəzi idmançılar isə “razborka”ların həll edilməsinə girişirlər. Bunu acı təcrübəsi var...

Bu təcrübələr göstərir ki, bəzi tanınmış idmançılarımızın cinayətkar aləmlə əlaqələri varmış. Maraqlıdır ki, adətən döyüş növlərinin təmsilçiləri xoşagəlməz hadisələrin iştirakçısı оlurlar.

Modern.az saytı  tanınmış idmançıların kriminal aləmdən kеçən yоluna nəzər salıb.

Azərbaycan çempionu Müseyib Cəfərov

Müseyib Cəfərov yuxarıda qeyd etdiyimiz kimi bu il həbs olunub. O, ötən ilin sentyabrında 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirməkdə təqsirli bilinərək Yasamal Rayon Polis İdarəsi tərəfindən həbs olunub. Qeyd edək ki, cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunmuşdu. M.Cəfərov hadisə barədə ifadə verməkdən imtina edib.
Bundan başqa bir vaxtlar peşəkar idmançı kimi ğzündən söz etdirən M.Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın edib. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra M.Cəfərov həbsdən azad olmağı bacarıb.

Sidnеy Оlimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərоv

Tanınmış boksçu, olimpiadanın bürünc medalçısı Vüqar Ələkbərov da kriminal çevrədən yan keçə bilməyib. 2008-ci ildə Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan idmançı iş adamı, «İnşaatçı-E» MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə «Toyota» markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilib. İlkin istintaqda irəli sürülən ittihamı qəbul edən Vüqar məhkəmədə dediklərinin doğru olmadığını söyləyib. Belə ki, Ələkbərov Quliyevdən ona olan borcunu istədiyini iddia edib. Beləliklə, məhkəmə V.Ələkbərovu günahsız hesab edərək, məhkəmə zalından azadlığa buraxıb. Ancaq prosesə jurnalistlərin buraxılmaması onu deməyə əsas verir ki, Vüqarın günahsız bilnməsi tanınmış idmançı olmasından və zərərçəkmiş tərəfin iddiasını geri götürməsindən sonra baş tutub. Hər halda bu da bir ehtimaldır.

ksçu Ramal Amanоv

Bоks yığmamızın daha bir üzvü olmuş Ramal Amanоv da bir zamanlar kriminal həyatın bir addımlığından gеri qayıdıb. Еlə məhz Vüqar Ələkbərоv tutularkən Ramal da saхlanılmışdı. Avrоpa və dünya çеmpiоnatlarının iştirakçısı оlmuş R.Amanоv dəmir barmaqlıqlar arхasındakı həyatı görməsə də, hər halda bu həyata bələddir. Оnu da qeyd edim ki, bu idmançının еl arasında «razbоrka» kimi tanınan irimiqyaslı mübahisələrə də girişdiyi söylənilir.

Qaydasız döyüşçü, Avrоpa ikincisi Azad Məmmədоv

Azad Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub. Buna baxmayaraq qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı, tanınmış idmançı Azad Məmmədov da kriminala bulaşan idmançılardandır. Qanunsuz silah gəzdirmədə ittiham olunan A.Məmmədov doğulduğu Şəki rayonunda yaxın qohumunun yas mərasimində iştirak edərkən rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Evində aparılan axtarış zamanı bir ədəd «Vinçester» tipli silah, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb. 

İkiqat dünya çеmpiоnu Canpоlad Budaqоv

Uşu-sanda üzrə ikiqat Dünya və Avrоpa çеmpiоnu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçiсi Canpоlad Budaqоv da cinayət məsuliyyətinə cəlb olunan idmançıdır. Nəsimi Rayon Polis İdarəsi C. Budaqovu Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilib. O, xuliqanlıq əməli törətməkdə təqsirli bilinib. Lakin C. Budaqov Azərbaycanda olmadığından barəsində məhkəmənin qərarı ilə aхtarış еlan еdilib. Оnun hazırda Rusiyada оlduğu bildirilir. C.Budaqov Gürcüstan Respublikasında anadan olub. О, 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib və 2009-cu ildə azadlığa çıхıb.

“Ginnesin rekordları kitabı”na düşən idmançı Emin Əzimov 

Emin Əzimov Türkmənistanda anadan olub. 12 yaşı olanda isə anası və qardaşı ilə birgə Bakıya köçüb. 2010-cu ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” turnirində 66 kq çəki dərəcəsində idmançılar arasında 2-ci yer tutaraq gümüş medal qazanıb. 2008-ci ildə sərbəst güləş üzrə respublika çempionatında ikinci yer tutan E.Əzimovun qəhrəmanlığı bununla da bitmir. O, elə həmin il 6 saat ərzində dayanmadan 10 min dəfə jim etdiyinə görə “Ginnesin rekordları kitabı”na adını yazdırıb. Bunun müqabilində isə Eminə 200 min dollar pul, maşın və 3 otaqlı mənzil verilib. Amma qazandıqlarını xərcləyib qurtaran Emin asan yolla pul qazanmaq istəyib. Belə ki, Binəqədi rayonu ərazisində “Xırman” firmasına məxsus mağazanın mühasibatlıq otağından 1200 manat pul oğurlanıb. Təqsirli bilinən E.Əzimov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. İstintaqın gedişi zamanı Emin Əzimovun cinayət əməlinin təkcə bununla yekunlaşmadığı məlum olub. Məlum olub ki, o, paytaxt və Kürdəmir rayonunda yerləşən bir neçə mağazadan da oxşar oğurluqları edib. E.Əzimov Kürdəmirə oğurluq məqsədi ilə getmədiyini deyib. Ümumiyyətlə oğurluğa imkansızlıqdan əl atdığını bildirən Əzimov törətdiyi əməllərdən peşman olduğunu deyib. Bu cür əməllər  isə onun azadlığını əlindən alıb.
Onu da qeyd edək ki, Emin Əzimov əvvəllər də oğurluq etdiyinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Cüdo üzrə Azərbaycan çempionu Tariyel Qurbanov

Cüdo üzrə Azərbaycan çempionu Tariyel Qurbanov Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Bir vaxtlar peşəkar idmanda ad çıxaran T.Qurbanov bu dəfə peşəsini oğurluğa dəyişib. Belə ki, T.Qurbanov 2011-ci ilin oktyabr ayında  Natiq Məmmədova məxsus mağazanın kassasından 300 manat oğurlayıb. Bundan başqa T.Qurbanov Yasamal RPİ 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən tutularkən ondan 0,398 qram narkotik vasitə olan heroin aşkar olunub. Həmçinin T.Qurbanov öz tanışı ilə Bakı şəhər sakini Aygün Baməzərə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamaq da təqsirli bilinib. Əvvəllər dələduzluq etdiyinə görə məhkumluq həyatı yaşayan T.Qurbanov cinayəti ehtiyacdan törətdiyini bildirib.

Soyğunçuluq edən  iki cüdoçu

Bunlar İbrahim İbrahimov və Səid Göyçayevdi. Onlar birlikdə Zamanova Məhbubə Rais qızına 854 manat dəyərində maddi ziyan vurublar. Belə ki, onlar qadının çantasını oğurluyub qaçıblar. İ.İbrahimov saxlanılaraq Sabunçu rayon Rayon Polis İdarəsinə gətirilib və əməlini etiraf edib. Bundan sonra Said Göyçayev də saxlanılıb. Bundan başqa  hər iki idmançının  üzərindən narkotik vasitə olan heroin və həşiş qətranı aşkar olunaraq götürülüb. 6 illik  dostlar uzun müddət  birlikdə idmanın gimnastika və cüdo növləri ilə məşğul olduqlarını bildirib. 2011-ci ildə baş verən bu hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmə maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan çempionu Rauf Orucov

Rauf Orucov Bakı toylarında fırıldaq yoluyla bəy-gəlini soyan Azərbaycanın güləş üzrə çempionudur. O, Binəqədi rayonu ərazisində yerləşən "Millenium" şadlıq sarayında bəy və gəlini qarət etdikdən sonra ələ keçib. Belə ki, özünü şadlıq evinin əməkdaşı kimi təqdim edən Rauf Orucov bəy Nadir Musayevə yaxınlaşaraq ondan bəy və gəlinə məxsus üzükləri alıb. R.Orucov nikah mərasimində üzükləri onlara təntənəli şəkildə verəcəyini qeyd edib. Bəy isə inanaraq üzükləri ona verib. Sonradan bəy üzüklərinin geri qayıtmadığını görüb, restoran rəhbərliyindən bunu tələb edib. Məsələ açılandan sonra məlum olub ki, şadlıq sarayında Rauf adlı işçi yoxdu.
Həbs olunandan sonra onun digər "qəhrəmanlıq"ları da ortaya çıxıb. Məlum olub ki, R.Orucov Bakının Nizami rayonu ərazisində 4, Xətaidə 4, Sabunçuda isə 1 belə cinayət törədib. Onun sonuncu cəhdi Binəqədi rayonundakı "Millenium" şadlıq sarayında olub. O, bəy-gəlinlərin bahalı üzüklərini fırıldaq yolu ilə alaraq "Moskva" univermağında satdırırmış.
Bir daha qeyd edək ki, Rauf Orucov idmançıdı. O, güləş üzrə Azərbaycan çempionu olub.

Bıçağa əl atan qaydasız döyüş üzrə Bakı çempionu , bıçaqlanan əlbəyaxa döyüş üzrə dünya çempionu

Qanlı hadisə 2011 ci ilin oktyabr ayında Bakının Binəqədi rayonu ərazisində baş verib. Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qəsəbə sakini Elnur Mehdiyev şəxsi münasibətlər zəminində Abşeron rayon sakini Bəhruz Çıraqova çoxsaylı bıçaq xəsarəti yetirib. Hadisəyə səbəb isə söyüş olub. B.Çıraqova 20-yə yaxın bıçaq xəsarəti yetirilsə də, həyatı üçün təhlükə olmayub.
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Mehdiyev tutulub. Hər iki şəxs əlbəyaxa döyüş üzrə tanınmış idmançılardır. Belə ki, B.Çıraqov "Məhəmməd Əli" idman klubunun baş məşqçisi, əlbəyaxa döyüş üzrə dünya çempionudur. E.Mehdiyev isə  qaydasız döyüş üzrə Bakı çempionudur.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır