Modern.az

Yeni müharibə şəraiti yaranıb - Hərbi şərhçi: “Düşməni narahat edən əməliyyatlara başlamalıyıq!”

Yeni müharibə şəraiti yaranıb - Hərbi şərhçi: “Düşməni narahat edən əməliyyatlara başlamalıyıq!”

8 Avqust 2019, 12:57

Serj Sarkisyan hakimiyətdə qalsaydı, indiki müharibə şəraiti 2018-ci ilin iyun-iyulunda yaranardı. O zaman yazmışdım, "erməni inqlabı” müharibəni 1.5-2 il ləngitdi. "Müharibə” dedikdə, müharibə şəraitini nəzərdə tuturdum”.

Modern.az xəbər verir ki. bu fikirləri hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın Xankəndindəki son çıxışını şərh edərkən bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Xankəndinə gələn Paşinyan orada “Qarabağ Ermənistandır” çağırışı edərək, sanki müharibə istədiyini nümayiş etdirib.

Nazim Bayramın sözlərinə görə, əvvəlcədən verdiyi proqnozlarda Paşinyanla müharibə şəraitinin yaranacağını tərəflər arasında danışıqlar potensialının, obyektiv olaraq tükənməsi ilə və bir-iki ilə yaranacaq ermənidaxili siyasi vəziyətlə bağlayırdı.


“Bir il Paşinyan hakimiyətinin legitimləşməsinə getdi. Daha bir il danışıqlar, görüşlər və ... bitdi. Uzatmağın nə yeri var, nə adı, bütün variantlar 30 ildə danışılıb.

Hakimiyət riskləri Paşinyanı Qarabağ məsələsində Serj Sarkisyandan daha sərt mövqe nümayiş etdirməyə məcbur etdi. O sanki meydanda qışqırır. Növbəti müharibə şəraitinin yaranması daha da tezləşdi. Baxmayaraq ki, erməni tərəfi danışıqları humanitar razılaşmalar adı ilə (daha bir il) uzada bilərdi.
Bundan başqa, Qarabağda Paşinyana qarşı əks-inqlab ocağı və onun iradəsindən kənar müharibəni tətikləyə bilən qüvvə yaranır. Bu haqda yaxınlarda Paşinyanın məhşur çıxışı Ermənistanda hələ də mərkəzi mövzudur.

Digər müharibə şərtləri Azərbaycanla bağlıdır. Azərbaycan Ermənistanla növbəti müharibə kəskinləşməsinə təbii ki, hazır olmalıydı. 
Klassik hərbi elmdə Xalq-Ordu-Hökümət "üçmənbə birliyi" müharibənin başlanması şərtidir
1. xalqın istəyi və döyüş ruhu. 2. hərbi əməliyatlara hazırlıq. 3. müharibə başlayacaq və aparacaq idarəçilik təşkilatı. 

Bu baxımdan Azərbaycan müharibəyə hazırdır. 

Bizim müharibə başlamaq şərtlərimizdə daha bir həlledici amil xarici amildir. Xarici amilin ermənilərdən bizim xeyrimizə dönməsi bir çox səbəblərdən mümkün deyil. Yalnız regional situativ vəziyət yarana bilər ki, buna "geosiyasi pəncərə" demək olar, bundan istifadə oluna bilər. Yaxud xarici amillə tam yox, qismən hesablaşıb, genişmiqyaslı müharibə etmədən, "aprel" kimi məhdud əməliyatlar, yaxud düşməni sarsıdan müəyyən hava zərbələri həyata keçirilə bilər”.

Hərbi icmalçı deyir ki, hər iki tərəf üçün zaman çox daralıb:


“Zaman nədir? Gedən proseslərin perspektivləri. Ermənistan çalxalanır. Bu çalxalanma Qarabağa keçir. Paşinyan realda heç nə etmir, problemlər azalmayıb ki, çoxalıb. Rusiya ona etibar etmir. Onlarla müqayisədə Azərbaycan daha çox nə istədiyini bilən görünür. Ona görə də tamamilə obyektiv və əminliklə deyirəm, daxili sabitlik qorunsa, zaman Azərbaycanın xeyrinə işləyir”.

Nazim Bayramın sözlərinə görə, Azərbaycan tərəfi düşmənə sakit oturmağa imkan verməyən əməliyatlar düşünülməlidi:


"Apreldə iki kəndimizi düşmən atəşi altından çıxartmaq kimi əsaslarla. Bütün Qarabağ boyunca genişmiqyaslı hərbi əməliyyatın hələ ki ziyanı xeyrindən çox olar, ancaq misal üçün, Xocalı aeroportunun eniş-uçuş zolağını yüksəkdəqiqli vasitələrlə sıradan çıxartmaq kimi cavablar olmalıdı Paşinyanın "miatsum" elanlarına qarşı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?