Modern.az

Akif İslamzadə ən böyük arzusundan DANIŞDI

Akif İslamzadə ən böyük arzusundan DANIŞDI

Mədəni̇yyət

8 Avqust 2019, 13:33

8 avqust tarixi təkrarsız ifası ilə yaddaşlarda silinməz iz qoymuş tanınmış müğənni Akif İslamzadənin doğum günüdür. O, 1948-ci il avqustun 8-də Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir.
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub.
Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.


Akif İslamzadə artıq 30 ildir oxumur. Əksəriyyət belə düşünür ki, böyük sənətkar Akif İslamzadənin səsinin tutulması bütövlükdə Azərbaycan mədəniyyəti üçün ciddi itkidir. Akif İslamzadə oxumasa da, onun səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.


Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa, doğum günü təəssüratlarını öyrənməyə çalışıb. Akif İslamzadə əhvalının çox yüksək olduğunu deyib:

“Bu gün növbəti doğum günümdür. Əhvalım çox yüksəkdir. Özümü əla hiss edirəm. Həyatdı da, yaşayırıq”.

Tanınmış sənətkar ad günündə müxtəlif insanlardan təbriklər aldığını bildirib:

“Səhər açılandan insanlar zəng edib təbrik edir. Hər kəsə məni yad etdiyi üçün təşəkkür edirəm”.

Akif İslamzadə ən böyük arzusundan da söz açıb:

“Nə qədər yaşaycağımız alnımıza  yazılıb. Sadəcə özümə həmişə bir arzum olub. Özüm özümlə yola gedə bilim”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü