Modern.az

Azərbaycana gələn turistlərin sayı 122 min nəfər artıb - STATİSTİKA

Azərbaycana gələn turistlərin sayı 122 min nəfər artıb - STATİSTİKA

İqtisadiyyat

8 Avqust 2019, 15:59

“2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir”.

 

Modern.az-a xəbər verir ki, bu barədə məlumatı Dövlət Turizm Agentliyi açıqlayıb. Agentliyin məlumatında qeyd olunur ki, xarici qonaqların üçdə birindən çoxunu - 35%-lə Rusiyadan gələnlər təşkil edib:

“2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub, belə ki, ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox xarici vətəndaş gəlib.  Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

 

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

 

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı isə 4% artıb”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır