Modern.az

Tramp dolların kursundan narazıdır

Tramp dolların kursundan narazıdır

8 Avqust 2019, 23:55

ABŞ Prezidenti Donald Tramp dolların kursunun möhkəmlənməsi ilə bağlı gileylərini paylaşıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp "Twitter" səhifəsində yazıb.

Donald Tramp bildirib ki, Federal ehtiyatlar sistemi ABŞ şirkətlərinin rəqabət aparmasına mane olur: "Düşünə bilərsiniz ki, dolların stabil kursu məni bir prezident kimi sevindirir. Amma belə deyil! FES-in yüksək faiz dərəcələri digər ölkələrlə müqayisədə dolların kursunun dəyişməməsinə kömək edir. Amma bu bizim şirkətlərə brabər şərtlərdə rəqabət aparmağa mane olur".

Prezident eyni zamanda FES-in addımlarını tənqid edib və onların yanlış yolda olduqlarını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...