Modern.az

Ermənilər Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq təxribata əl atdı

Ermənilər Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq təxribata əl atdı

9 Avqust 2019, 17:33

Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş “Qarabağ” rejiminin rəsmiləri Azərbaycana qarşı növbəti təxribata yol veriblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçı qurumun “keçmiş baş naziri” Araik Arutunyan Qarabağda 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirib. Layihə Sərsəng su anbarına 2 böyük və 2 balaca su kanallarının çəkilməsini, kanallar üzərində 5 hidoelektrik staniyasının inşasını nəzərdə tutur.

 

Tərtər çayının sağ sahilini əhatə edəcək kanallar 10 min hektar sahəni suvarmağa imkan verəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır