Modern.az

Rusiyadakı partlayışda 8 nəfər yaralanıb

Rusiyadakı partlayışda 8 nəfər yaralanıb

Dünya

9 Avqust 2019, 20:58

Bu gün Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarında növbəti partlayış baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, partlayış nəticəsində Açinsk Mərkəzi Xəstəxanasına 8 nəfər yerləşdirilib. Durumu orta-ağır olan həmin 8 nəfərdən 5-i mülki şəxs, biri hərbçi, 2-i isə polis əməkdaşıdır.

Güc strukturları artilleriya anbarında növbəti partlayışın səbəbinin ildırım vurması olduğunu bildirib. İlkin məlumata görə, ildırım anbarda mərmilərin olduğu sahəyə düşüb və nəticədə iki ardıcıl partlayış baş verib. Hadisə ərazinin mərmilərdən təmizlənməsi işi aparılan zaman olub.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü