Modern.az

Yaponiyada yeni atom təhlükəsi

Yaponiyada yeni atom təhlükəsi

6 Fevral 2012, 09:54

Fevralın 6-da “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokyo electric power Co.” (TEPKO) şirkəti AES-in ikinci enerji blokunda temperaturun yüksəlməsi barədə məlumat yayıb.

AzərTAc-ın Yaponiya bürosu xəbər verir ki, temperaturun artması reaktorun aşağı hissəsindəki üç ötürücüdən birində qeydə alınıb.

Cihazların göstərdiyinə görə, son 10 gündə enerji blokunun daxilində temperatur 45 dərəcədən 71,7 dərəcəyədək yüksəlib. TEPKO-dan bildiriblər ki, digər ötürücülərdə temperatur dəyişikliyi aşkar edilməyib. 
Mütəxəssislərin bildirdiyinə görə, reaktorda temperatur dəyişikliyi soyutma sistemindəki boruların təmiri ilə bağlıdır. Belə ki, təmir zamanı enerji blokunun daxilində suyun dövriyyəsinin azalması temperaturun atmasına səbəb olmuşdur. 
Hazırda temperaturun yüksəlməsinin qarşısının alınması və 100 dərəcəlik norma çərçivəsində saxlanılması məqsədilə müvafiq işlər görülür. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir