Modern.az

Torpaq  sürüşməsində 41 nəfər öldü

Torpaq  sürüşməsində 41 nəfər öldü

Dünya

10 Avqust 2019, 20:47

Myanmanın cənub-şərqindəki Mon ştatında sürüşmə zamanı ölənlərin sayı 41 nəfərə çatıb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, sürüşmə güclü yağışlar nəticəsində baş verib.

Yağıntının səviyyəsinin yüksək olması səbəbindən bir neçə qəsəbəni su basıb, məktəblər müvəqqəti olaraq bağlanıb.

BMT-nin humanitar məsələlər üzrə İdarəsinin məlumatlarına əsasən son iki gün ərzində Mynanmada daşqın nəticəsində 12 minə yaxın insan evini tərk edib. Hazırda evakuasiya məntəqələrində yerləşən insanların sayı 38 mini keçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü