Modern.az

Türkiyə polisi 64 miqrantı saxladı

Türkiyə polisi 64 miqrantı saxladı

10 Avqust 2019, 21:48

Türkiyəni qanunsuz tərk etmək istəyən miqrantlar saxlanılıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan 64 nəfər Muğla şəhərinin Bodrum rayonunda yerləşən Akyarlar və Hüseyinburnu sahillərinə yaxın bölgələrdə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyib.

Məlumata görə, Türkiyə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların bir neçə rezin qayıq vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı