Modern.az

“Azərbaycan hərb yolundan heç vaxt imtina etməyib”

“Azərbaycan hərb yolundan heç vaxt imtina etməyib”

6 Fevral 2012, 15:23

Aydın Mizrəzadə: “Qarabağı işğaldan azad etmək bizim müstəsna hüququmuzdur”

1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə saysız-hesabsız görüşlər, müzakirələr keçirilib. Münaqişənin həlli yollarını özündə əks etdirən təkliflər əsasında hazırlanan sənədlərin də sayı-hesabı yoxdur. Bu münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri hələ də sülh yolunu ən doğru hesab edirlər. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu il yanvarın 23-də keçirilən görüşündən sonra tərəflər bir daha münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdiklərini bəyan ediblər. Rusiyadan başqa ATƏT-in Minsk qrupunda vasitəçi olan ABŞ və Fransa da hərb variantını tamamilə mümkünsüz hesab edir.

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 5-də Münhendə ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşündə Qarabağ münaqişəsinin həlli müzakirə olunub. Rəsmi mənbələrin məlumatına görə, Klinton da ölkəsinin münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdiyini bir daha bəyan edib. Amma sülhdən bəhs edilsə də, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməməsi səbəbindən konkret razılaşma əldə olunmur. Azərbaycan prezidenti isə dəfələrlə bəyan edib ki, əgər sülh danışıqları nəticəsiz qalarsa, işğal altındakı ərazilərin hərbi yolla geri qaytarılması qaçılmaz olacaq.  

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Modern.az saytına deyib ki, Azərbaycanın bu gün sülh yoluna üstünlük verməsi heç də hərb yolundan imtina etməsi kimi başa düşülməməlidir: “Azərbaycan hələ inidyə qədər problemin həlli ilə bağlı hərb yolunqan imtina etməsi barəsində heç bir fikir səsləndirməyib. Sadəcə, indiyə qədər sülh yoluna üstünlük verir. Amma bununla belə, hərb variantına həmişə hazırlaşırıq, proses paralel gedir və bu Azərbaycanın müstəsna hüququdur”. 

Aydın Mirzəzadənin fikrincə, sülh yolunun tükəndiyi, digər variantlar olmadığı halda Azərbaycan hərb yoluna üstünlük verəcək:
“Bu gün beynəlxalq təşkilatlar, böyük dövlətlər problemin sülh yolu ilə həllinə dəstək verdiklərini bildirirlər. Azərbaycan bundan məmnundur və bu dəstəyin real olmasına çalışır. Böyük dövlətlərin buna diqqət yetirməsi Azərbaycanı razı salır. Ancaq onun real nəticələrinin olmasını istiyirik. Biz Ermənistanın sülhə məcbur edilməsini  istiyirik. Biz istəyirik ki, Ermənistan beynəlxalq hüquq normalarına riayət etsin. Bu baxımdan heç də Ermənistan, onu müdafiə edən qüvvələr Azərbaycanın problemin de-fakto vəziyyətində uzun müddət davam edəcəyinə dözəcəyinə ümid etməsinlər”/

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?