Modern.az

Nazir müavini “satqın” damğası ilə işdən qovuldu

Nazir müavini “satqın” damğası ilə işdən qovuldu

Dünya

13 Avqust 2019, 17:06

Qırğızıstan daxili işlər nazirinin müavini, general-mayor Kursan Asanov istefaya göndərilib.

 

Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, baş nazir Muxametkalıy Abulqaziyevin istefa qərarında nazir müavini “satqınlıq”da ittiham olunub.

 

Xidməti araşdırma nəticəsində qırğız milisinin maraqlarını satdığına və etimadını itirdiyən görə daxili işlər nazirinin müavini Kursan Asanov işdən azad olunsun”-deyə qərarda deyilir.

 

 

Eks-prezident Almazbek Atambayevin təslim olması barədə danışıqları məhz Kursan Asanovun apardığı məlumdur.  

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı