Modern.az

Qarabağda ermənilərin demoqrafik PROBLEMLƏRİ: Doğum azalır, əhali yaşlanır

Qarabağda ermənilərin demoqrafik PROBLEMLƏRİ: Doğum azalır, əhali yaşlanır

14 Avqust 2019, 11:19

2019-cu ilin yanvar-iyun aylarında işğal altındakı Dağlıq Qarabağda ciddi demoqrafik böhran müşahidə oplunur.

 

Modern.az xəbər verir ki, qondarma rejimin “statistika xidmətinin rəhbəri” Manuş Minasyanın məlumatına görə, 6 ayda Qarabağ erməniləri arasında doğum halları ötən illə müqayisədə 13% azalıb.

 

2018-ci ilin 6 ayın ərzində işğal altındakı torpaqlarda 119 körpə doğulmuşdusa, bu ilin 6 ayı ərzində cəmi 973 körpə dünyaya gəlib. Minasyan doğuş hallarının 13% azalmasının səbəblərini regionda sosial-iqtisadi vəziyyətin çətinliyi və mühacirət halları ilə bağlayıb.

 

Separatçı məmur regionda doğum hallarının azalması ilə yanaşı, əhalinin orta yaşının artmasından da şikayətlənib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir