Modern.az

ABŞ müharibə hazrlıqlarına başladı

ABŞ müharibə hazrlıqlarına başladı

6 Fevral 2012, 17:19

ABŞ Hərbi Dəniz Qüvvələri Florida sahilləri yaxınlığında hərbi təlimlər keçirir. Modern.az xarici KİV-lərə istinadən bildirir ki, “Enterprise” atomdaşıyıcı gəmisinin başçılığı ilə keçirilən bu təlimlər Hörmüz boğazında İranla mümkün toqquşmanın ssenarisi çərçivəsində aparılır. Təlim zamanı şərti dövlətlərin qeyd olunduğu sahil zolağının xəritəsindən istifadə edilir.

Burada Hörmüz boğazının eni həcmində, 54 km-lik xəritə zolağı qeyd edilib və təlimlər aparılır.

Qeyd edək ki, İran da bu gündən Hörmüz boğazında hərbi-dəniz təlimlərinə başlayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi