Modern.az

Ekspert: «İran iqtisadiyyatındakı durğunluq Azərbaycana təsir göstərə bilməz»

Ekspert: «İran iqtisadiyyatındakı durğunluq Azərbaycana təsir göstərə bilməz»

6 Fevral 2012, 17:24

Arzuman Muradlı: «Amma Ermənistan haqda bunu demək olmaz»

Bilindiyi kimi İrana qarşı  iqtisadi sanksyalara artıq start verilib. Bunun qonşu ölkələrə, xüsusilə də Azərbaycana, onun iqtisadiyyatına hər hansısa mənfi təsiri edi-etməyəcəyi ilə bağlı isə müxtəlif fikirlər səslənməkdədir. İqtisad elimləri üzrə fədsəfə doktoru, ekspert Arzuman Muradlı suallarımızı cavablandıran zaman bildirdi ki, İranla - Azərbaycan arasında mal dövriyyəsi o qədər də böyük olmadığından burda hansısa təsirdən danışmağına dəyməz:

«Son göstəricilərdə bu heç bir milyard da təşkil etmirdi. Düşünmürəm ki, İrana iqtisadi sanksiaların tətbiqindən dolayı bu ölkədə yaranmış böhranlı durumun Azərbaycana hər hansısa mənfi təsiri ola bilsin. Əgər xatırlayırsınızsa bu günlərdə Milli Məclisin iclaslarında hətta bəzi millət vəkilləri İranla olan iqtisadi əlaqələrin dondurulmasını da təklif edirdilər. Onların arqumentləri isə bu idi ki, onsuz da iki ölkə arasında mal dövriyyəsi böyük deyil».

Ekspertin sözlərinə görə, o bütün bunlara baxmayaraq İranla bu cür radikal addımların atılmasını dəstəkləmir: «Çünki ən azı orada miloynlarla soydaşımız yaşayır. Azərbaycanla bağlı məsələ məlumdur, amma Ermənistanla bağlı bunu demək olmaz. Siz bilirsiniz ki, Gürcüstanla yanaşı İran da Ermənistanın əsas dünyaya çıxış qapılarından biridir. Ona görə də İranın dünya ilə əlaqələrinin qapadılması əslində Ermənistana da birbaşa zərbədir. Məsələn artıq İrəvanda həyəcan siqnalı çalınmaqdadır. Erməni ekspertlər artıq ölkələrinin İrana olan bu sanksiyalardan  ciddi zərər gördüyünü həyəcanla  bildirirlər». A.Muradlı onu da vurğuladı ki, İranda büdcə planlaşdırılması artıq başlayıb və məlumatlara görə iqtisadi durumunun getdikcə kəskinləşməsi ucbatından Tehran xaricdə investisiya layihələrini məhdudlaşdırmaq məcburiyyətindədir: «  Bu isə Ermənistan-İran iqtisadi layihələrindən yan keçə bilməz. Yadınıza salın, İranla Ermənistan arasında indiyə kimi nə qədər iqtisadi yöndə anlaşmalar, dəmir yolunun, su elektrik stansiyasının və digər strateji önəmli obyektlərin inşaası planlaşdırılmışdı. Yəni heç kəsə sirr deyil ki, Ermənistan tarix boyu İki ölkənin siyasi-iqtisadi patronajlığına sığınıb, bu Rusiya ilə İrandır. Bu mənada İranın zəifləməsi əslində ondan da çox Ermənistanın onsuz da ağır olan durumunun daha da kəskinləşməsi deməkdir».

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır