Modern.az

Statistika Komitəsi yanvarda bahalaşan ərzaq mallarının siyahısını açıqladı

Statistika Komitəsi yanvarda bahalaşan ərzaq mallarının siyahısını açıqladı

Aktual

6 Fevral 2012, 18:05

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməz qalıb.

2012-ci ilin yanvar ayında ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, kərə yağının, qarğıdalı yağının, naringinin, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, qoz və fındığın, qiyməti bahalaşıb.

Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən unun, qarabaşaq yarmasının, çörəyin, mal və toyuq ətinin, təzə balığın, yumurtanın, günəbaxan və zeytun yağlarının, limonun, bananın, portağalın, göyərtinin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır