Modern.az

Müxalifət İlham Əliyevin müsahibəsilə bağlı bəyanat verdi

Müxalifət İlham Əliyevin müsahibəsilə bağlı bəyanat verdi

Aktual

6 Fevral 2012, 18:14

Fevralın 7-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət  Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.  Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.

DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

Modern.az-ın məlumatına görə, yığıncaqda ölkə prezidenti İ.Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar bəyanatlar qəbul olunub. Prezidentin çıxışı ilə əlaqədar olaraq bəyanatda bildirilir ki, ölkədəki ictimai, siyasi və iqtisadi vəziyyət  qətiyyən ölkə başçısının söylədiyi kimi deyildir. Ümumi daxili məhsulun artımı  ilə əhalinin gəlirlərinin artımı arasında kəskin fərq var.

“İctimai ədalətsizlik və iqtisadi azadlıq ildən-ilə kəskin surətdə pisləşir. Sosial narazılığın artım dinamikası onu deməyə əsas verir ki, nəticə etibarı ilə Azərbaycan qeyri azad və  qeyri demokratik ölkələr sırasındadır. DCUMH hesab edir ki, sosial partlayışın qarşısının alınmasının yeganə yolu hərtərəfli və geniş islahatların aparılmasından keçir. Təxirə salınmadan Azərbaycanda siyasi və iqtisadi islahatlar keçirilməli, vətəndaşların sərbəst toplaşmaq hüququ təmin olunmalı, büdcədən maiyyələşən İctimai TV-də müxalif fikirli qüvvələrə efir vaxtı ayrılmalıdır”.

DCUMH siyasi məhbuslarla bağlı qəbul etdiyi bəyanatda onların təcili surətdə azadlığa buraxılmasını tələb edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!