Modern.az

Nazirlikdən xəbərdarlıq – qar, bərk çovğun, güclü şaxta

Nazirlikdən xəbərdarlıq – qar, bərk çovğun, güclü şaxta

Aktual

6 Fevral 2012, 18:33


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Axşama doğru küləyin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Temperatur gecə və gündüz 0-3 dərəcə şaxta, axşama doğru 5 dərəcə şaxta olacaq.
Bakıda gecə və gündüz 0-3 şaxta, axşama doğru 5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Temperaturun gecə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə  şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 10-15 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı gözlənilir.
Temperaturun gecə 5-10 dərəcə şaxta, gündüz 4 dərəc şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Temperatur gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəc şaxta, dağlarda gecə 16-21 dərəc şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir. Temperatur gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin hava şəraiti haqqında xəbərdarlıq edib.

Fevralın 7-də hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, çovğunlu olacağı gözlənilir.
Fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10° şaxta, gündüz 3-5° şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 7-si axşam yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, 8-də güclü olacağı ehtimalı var. Şaxtanın yenidən güclənəcəyi, aran rayonlarında gecə 4-7° şaxta, gündüz 0-4° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 8-13° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz-proqnoza görə, fevralın 7-dən 9-u səhərədək Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Güclü xəzri küləyi fonunda qarlı, bərk şaxtalı, çovğunlu meteoroloji şərait meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü