Modern.az

Bu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandı

Bu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandı

Dünya

15 Avqust 2019, 20:44

Qarşısında bir nəfərin bıçaqlanması ilə bağlı insidentin baş verdiyi Böyük Britaniya Daxili İşlər Nazirliyinə giriş bağlanıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, nazir Priti Patel baş vermiş hadisəni “qorxunc” və “dəhşətli” insident adlandırıb.

Günorta saatlarında Daxili İşlər Nazirliyinin yerləşdiyi Marşam küçəsinə polis çağırılıb və binanın qarşısında bir nəfərin bıçaqlandığı məlum olub. Əlində bıçaq olan bir nəfər həbs edilib, yaralanan şəxs isə xəstəxanaya çatdırılıb. Nazirlik binasını əhatəyə alan polislər burada bufer zonası yaradıblar.

Polisdən CNN-ə bildirilib ki, baş vermiş hadisə terror aktı deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi