Modern.az

Baş redaktorlardan TƏBRİK: ““Qafqazinfo” müdrik görkəm alıb”

Baş redaktorlardan TƏBRİK: ““Qafqazinfo” müdrik görkəm alıb”

Media

16 Avqust 2019, 17:45

Bu gün “Qafqazinfo” xəbər portalının fəaliyyətə başlamasından 9 il ötür. 16 avqust 2010-cu ildə fəaliyyətə başlayan sayt inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 22 rəsmi əməkdaşı var. Bundan başqa, Bakıətrafı xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub. 

Media məkanında özünəməxsus yeri olan “Qafqazinfo.az” saytının fəaliyyəti haqqında baş redaktorlar danışıb.

Modern.az onların həmkarlarımıza arzularını təqdim edir:

"Bizim yol" qəzetinin və bizimyol.info portalının baş redaktoru Bahəddin Həziyev:


- “Qafqazinfo” yarandığı gündən sürətlə tanındı və media bazarında öz yerini tutdu. Saytın peşəkar kollektivi var. Mənim çox hörmət bəslədiyim jurnalistlər orada çalışır. Xəbər axtarışında, hazırlanmasında və yayılmasında sayt öz sözünü deyib, xəbərə öz "Qafqazinfo" möhürünü vurub. Öz üslubunu, öz yolunu yaradıb. Mən əminəm ki, bundan sonra da öz sözünü deməkdə davam edəcək. Saytın bütün kollektivini - rəhbərindən tutmuş müxbirlərinə, adminlərinə qədər hər kəsi təbrik edirəm. Daha böyük uğurlar, daha çoxlu rekamlar, daha isti xəbərlər və daha xoşbəxt illər arzulayıram!”.

Türküstan” qəzetinin və turkustan.info saytının baş redaktoru Aqil Camal:

- “Qafqazinfo” Azərbaycan internet mediaçılığında yeni səhifə, yeni nəfəs oldu. Daşlaşmış bir çox streotipləri aşıb keçdi. Amma ilk illərdə süngü ilə qarşılanan “Qafqazinfo” meyarları, sonradan internet mediaçılığımızın xəbər siyasətində vazkeçilməz ünsürə çevrildi.

Saytla bağlı bir məqamı da qeyd etmək lazımdır ki, yeni fəaliyyətə başlayan dövrdə sensasiyalı, səs-küylü xəbərlərlə, müsahibələrlə, şou-biznes əhlinin istənilən mənsubuna yaşıl işıq yandırmaqla populyarlaşan “Qafqazinfo” bu gün daha ciddi xəbər siyasətinə üstünlük verir. Belə deyək ki, “müdrik görkəm alıb”. Elbrus Ərud başda olmaqla, “Qafqazinfo” ailəsini təbrik edir, davamlı uğurlar arzulayıram”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Elbrus Ərud başda olmaqla, “Qafqazinfo” saytının bütün kollektivini təbrik edirəm. “Qafqazinfo.az” artıq 9 ildir fəaliyyət göstərir və ilk gündən bu kollektiv özünü təsdiq etməyi, doğrultmağı bacarıb. Azərbaycanda ən çox sevilən informasiya portallarından birinə çevrilib. Elə mən özüm də sevə-sevə bu saytı izləyirəm, bəzən yazılarımla da orda çıxış edirəm. Ona görə, düşünürəm ki, Azərbaycan kütləvi informaisya vasitələri mühitində “Qafqazinfo”nun öz yeri var. Həmkarlarıma can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıram.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı