Modern.az

Sabiq prezidentin xanımına cinayət işi açıldı

Sabiq prezidentin xanımına cinayət işi açıldı

17 Avqust 2019, 00:26

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşını da həbs təhlükəsi gözləyir. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Almazbek Atambayevin  xanımı Raisa Atambayevaya qarşı cinayət işi başlanılıb.

Məlumata görə,  Raisa Atambayeva hakimlərə təzyiq göstərməkdə ittiham olunur.

Ona qarşı irəli sürülən ittihamla razılaşmayan R.Atambayeva bildirib ki, o heç vaxt siyasətə qarışmayıb və hakimlərə hər hansı təzyiq göstərməyib.

Qeyd edək ki, sabiq prezident A.Atambayevin özü adam öldürmə, kütləvi iğtişaş təşkil etmə, adam öldürməyə cəhd, girov götürmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir