Modern.az

İran səfiri: “Erməni xalqı ilə İran xalqı bir birinə oxşardır”

İran səfiri: “Erməni xalqı ilə İran xalqı bir birinə oxşardır”

7 Fevral 2012, 13:18

Seyid Rza Səcdadi 30 milyonluq cənublu soydaşımızı təhqir edib

“Ermənistan İranla çox yaxşı əməkdaşlıq edir. İranın əsas strateji siyasətinin əsasında qonşuları ilə ən yaxşı münasibətlərin yaradılması durur. Bu baxımdan Ermənistan bizim çox yaxşı tərəfdaşımızdır və bu əlaqələr gələcəkdə də çox müsbət olacaq”.
Modern.az bildirir ki, bu sözləri İranın Rusiyadakı səfiri  Seyid Rza Səcdadi erməni KİV-lərinə müsahibəsində deyib. Səfir İran ətrafında yaranan müharibə təhlükəsi ilə bağlı gərginliyi şərh edərkən qeyd edib ki, onun ölkəsinə qarşı hərbi əməliyyat “böyük səhv olardı”. Bununla yanaşı səfir erməniləri əmin edib ki, İrana qarşı embarqo Ermənistana verilən İran qazına heç bir təsir etməyəcək.

“Embarqo İrandan Ermənistana idxal edlən qaza heç bir təsir etməyəcək. Çünki Ermənistan bizdən neft yox, qaz alır. İran qaz bazarında yaxşı imic yaratmaq prinsipinə sadiqdir”-deyə Səcdadi vurğulayıb.   

Daha sonra erməni mədəniyyətinə tərif yağdıran müsəlman səfir bildirib ki, İran mədəniyyəti və erməni mədəniyyəti ilə çox oxşardır.
“Məni həmişə erməni mədəniyyəti maraqlandırıb. Erməni və İran xalqı bir-birinə çox oxşardır”-deyə səfir fikrini yekunlaşdırıb.

Xatırladaq ki, səfirin “İran xalqı” dediyi xalqın böyük əksəriyyətini Cənubi Azərbaycanda yaşayan soydaşlarımız təşkil edir.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır