Modern.az

“Maaş artımı qiymət artımları üçün psixoloji şərait yaradır”

“Maaş artımı qiymət artımları üçün psixoloji şərait yaradır”

17 Avqust 2019, 15:30

Dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il  (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

 

Maraqlıdır, minimum əmək haqqının belə qaldırılması  bazarda qiymət artımı ilə nəticələnəcək?  Ölkədə  inflyasiyanın yaranacağı gözlənilən haldır ?

Bu barədə sualları  iqtisadçı-ekspert  Natiq Cəfərli  Modern.az-a açıqlamasında cavablandırıb.

 

İqtisadçı-ekspert  bildirir ki, ölkədə maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır.

 

“Təqribən 700 minə yaxın insan 200 manatdan çox təqaüd alırdı. Onlara verilən məbləğdə heç bir dəyişiklik olmayacaq.  Əmək təqaüdü 200 manatdan aşağı olanlarda isə  artım olması nəzərdə tutulub . Çox təəssüf ki, illərdir ki, maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır. Bizdə pərakəndə satışda rəqabətli mühit var, yəni ticarət şəbəkələrinin, mağazaların sayı çoxdur.  Lakin topdan satış mərkəzləri inhisarçıların əlindədir. Yəni inhisarçılıq fəaliyyəti və topdan satış bazarında oyunçuların sayının az olması və  psixoloji gərginliyi də üzərinə gəldikdə təqaüd və maaş artımının  qiymət artımı ilə nəticələnməsi ilə müşahidə olunur. 

 

Natiq Əliyev deyir ki, obyektiv subyektiv səbəblərdən dolayı payız və qış aylarında  qiymət artımının olacağını düşünürəm.

 “Payız aylarında əlavə pul kütləsi bazara daxil olacaq və bu da öz növbəsində qiymət artımı ilə nəticələnəcək. Qiymət artımına təbii amillər də öz təsirini göstərir.  Belə ki, payız aylarında artıq yerli məhsulların bazardan çəkilməsini izləmişik. Belə bir “ənənə” də formalaşıb ki, böyük bayramlara yaxın ərzaq məhsullarının qiyməti artsın.  Ona görə də noyabr ayının sonundan başlayaraq yeni ilədək həm psixoloji amillərin, maaş və təqaüdlərin artması həm də iqtisadi amillərin, yəni pul dövriyyəsinin artması ilə əlaqədar olaraq ənənəvi xroniki problem olan inhisarçlılıq məsələlərinə görə yanvar ayınadək ciddi qiymət artımı dalğası müşahidə edəcəyik”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər