Modern.az

Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi

Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi

Aktual

17 Avqust 2019, 21:11

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb: "Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”.


Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq. Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?