Modern.az

“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu

“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu

18 Avqust 2019, 14:32

Şimali İrlandiyada “Linfild” və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının “pley-off” matçının  hakimləri müəyyənləşib.

Modern.az xəbər verir ki, avqustun 22-də Belfastdakı “Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadası tərəfindən idarə olunacaq. Görüşün baş hakimi Sandro Sxarerə Stefan De Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək. Hakim-inspektor Vlado Svilokos (Xorvatiya), UEFA nümayəndəsi isə Mikael Zaltser (İsveç) olacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü