Modern.az

Almaniyada insanlara bıçaqla hücum: 2 ölü

Almaniyada insanlara bıçaqla hücum: 2 ölü

18 Avqust 2019, 22:43

Almaniyada bir nəfər bıçaqla insanlara hücum edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İzerlon şəhər vağzalında baş verib.

İnsanların kütləvi toplaşdığı əraziyə əlindəki bıçaqla hücum edən şəxs iki nəfəri öldürüb, daha iki nəfər isə yaralanıb.

Yaralananların arasında azyaşlı uşaq da olub.

Hadisəni tərədən şəxs daha sonra sakitcə yerə oturaraq polislərin gəlməsini gözləyib.

Qeyd edək ki, olayın hansı səbəbdən baş verməsi haqqında məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu