Modern.az

Təhsil eksperti ilə vəkil arasında QALMAQAL: “Onun barəsində “Mafioz vəkil”...”

Təhsil eksperti ilə vəkil arasında QALMAQAL: “Onun barəsində “Mafioz vəkil”...”

18 Avqust 2019, 23:15

"Vəkil Adil İsmayılov ölkədə baş verən cinayət hadisələri ilə bağlı palaz-palaz xatirələrini yazır. Hadisələrdən 20-25 il keçəndən sonra yaddaşı təzələnib. Azərbaycanda memuar mədəniyyəti olmadığına görə tanınmış adamlar da gündəlik yazıları və müsahibələri ilə yadda qalmaq istəyirlər. Adil İsmayılov da tamam yaddan çıxmışdı. Son yazısını güclə oxudum. İsgəndər Həmidovun Zərdüşt Əlizadəyə şillə vurmasını təzədən gündəmə gətirir. Adam hələ də bilmir ki, yazdıqları artıq heç biri maraq kəsb etmir. Elə bil ki, uşaqların məhəllə davalarını təsvir edir. Özünü isə bütün situasiyalardan qəhrəman kimi çıxarır".

Modern.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev vəkil Adil İsmayılovun müxtəlif məhkəmə prosesləri ilə bağlı son zamanlar yazdığı xatirələrə fikir bildirərkən yazıb.


Etibar Əliyev qeyd edir ki, bu ölkədə 3-5 yaxşı vəkil tanıyır: "Onların iki nəhəngi İsaxan Aşurov və Elton Quliyev axirətdədir. Adil İsmayılov isə bu sıraya daxil deyil. Onun timsalında artıq "mafioz vəkil" anlayışı dövriyəyə daxil olub.  Bu adamın indiyə qədər bir kasıbın vəkili olduğunu görübsünüzmü?".

Adil İsmayılov da Etibar Əliyevə cavab verib:

"Məşhur təhsil eksperti Etibar Əliyev mənə status həsr edib və yazıb ki, "mafioz vəkil"əm. Doğrusu inanmadım, adamı şəxsən tanımıram, işinə çıxmamışam, bostanına daş atmamışam, toyuğuna kış deməmişəm. Onun kurasiyasında və deyilənə görə hətta inhisarında olan təhsillə heç bir əlaqə və bağlılığım yoxdur. Açdım səhifəsini və indi paylaşdığım statusu gördüm. Etibar müəllimi narahat edən nədir başa düşə bilmədim. Müəllim yazır ki, "Bu ölkədə 3-5 yaxşı vəkil tanıyırıq. Onların iki nəhəngi İsaxan Aşurov və Elton Quliyev axirətdədir. Adil İsmayılov isə bu sıraya daxil deyil". İsaxan Aşurov da, Elton Quliyev də mənim dostlarımdı, şad günlərində də, çətin günlərində də həmişə yanlarında olmuşam. Oralarda Etibarı görməmişəm. Onların arxasında gizlənmək lazım deyil. Sözü var buyursun üzümə desin, dərdi var onu da desin, bəlkə köməkləşib yardım edək. Məni təhqir etməklə gündəmə gəlmək istəyir..."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub