Modern.az

Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ

Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ

Hadisə

19 Avqust 2019, 10:05

Şəmkirin Sarıtəpə kəndində keçmiş ərinin evi yandırması nəticəsində ağır yanıq xəsarəti almış 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı bu gün səhər saatlarında  dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq, bədəninin 70%-nin (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, avqustun 18-də Şəmkir rayonu, Sarıtəpə kəndində 1986-cı il təvəllüdlü Elmar Sadıqov gecə saat 03 radələrində qayınatası İlqar Məsimovun evinə daxil olub. Onun məqsədi ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ayrı yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək olub. Elmar Sadıqov özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və arvadı Mətanət Məsimovanın üzərinə tökərək evə od vurub.

Hadisə nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb. M.Məsimova və S.Məmmədova isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar