Modern.az

Hamını yoxlayan Hesablama Palatasının özünü kim yoxlamalıdır?...

Hamını yoxlayan Hesablama Palatasının özünü kim yoxlamalıdır?...

İqtisadiyyat

19 Avqust 2019, 14:12

Hesablama Palatası mütəmadi olaraq dövlət qurumlarının fəaliyyətini dair yoxlamalar aparır. Yoxlamalar nəticəsində qurumlarda aşkarlanan nöqsanlar, ciddi pozuntular aidiyyatı orqanların nəzarətinə verilir.

Bəs hər qurumu ayrı-ayrılıqda yoxlayan Hesablama Palatasının özünü yoxlayan varmı?

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında Hesablama Palatasının  yoxlayıcı orqan olduğunu xatırlatmaqla, ildə bir dəfə gördüyü işlər barədə Milli Məclisə hesabat verdiyini bildirib:


“Həmin vaxt millət vəkilləri öz çıxışlarında müəyyən fikirləri bildirirlər. Bu zaman  Palatada nöqsanların olması, hansı sahələrə diqqət yetirməsi, hər hansı məsələnin düzgün, yaxud da  yanlış aparılması barədə irad və təkliflərimizi səsləndiririk. Hesablama Palatası birbaşa Milli Məclisin orqanıdır, Milli Məclisə hesabat verir. Milli Məclis lazım olanda  Hesablama Palatası haqqında istənilən rəyi çıxara bilər. Ona görə də burada yoxlamadan söhbət getmir. Əsasən  nəzarət edirik ki, Hesablama Palatasının apardığı yoxlamalar, verdiyi rəy və təkliflər dövlətçiliyin xeyrinə xidmət etməklə yanaşı,  şəffaflıq da təmin olunsun. Əsas məsələ bunlardan ibarətdir. Amma Hesablama Palatasının özünü yoxlamağa nə ehtiyac var?! O ki yoxlayıcı orqandır”.

V.Əhmədov Palatanın gördüyü işlər barədə bunları deyib:

“Hesab edirəm ki, son illərdə Hesablama Palatası çox işlər görür. Ciddi yoxlamalar, analitik tədbirlər həyata keçirir. Bizə verdikləri sənədlərdən bunları aydın görə bilirik. İrəliləyişlər çoxdur. Düzdür, hələlik dövlət büdcəsinə daxil olan vəsaitdə problem var. O problemin üzərində həll olunması üçün dayanmışıq. Yoxlamalar kifayət qədər çoxdur. Təxminən ildə 60-a yaxın yoxlama analitik təhlil aparır. Nöqsanlar da çoxdur. Məsələn, satınalmalarla əlaqədar irad tutmuşuq. Hər il satınalmalarla bağlı yoxlamalar gedir, ancaq bu, ilbəil təkrarlanır. Bu, təkrar olunmamalıdır. Ümumi nəzər salanda Hesablama Palatası normal işləyir, məlumatlar verir və normal da yoxlamalar aparır”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi