Modern.az

Hamımız Türkiyəyiz...

Hamımız Türkiyəyiz...

7 Fevral 2012, 16:16

Sevil Nuriyeva

Fransa Senatının qəbul etdiyi son qərardan sonra bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri statusunun qalmasını mümkünsüz edir. Bu siyasətin arxasında erməni məsələsi nə qədər var kimi göstərilsə də, görünən odur ki, Fransa, Xristian klubunun nümayəndəsi olaraq, Türkiyənin Orta Şərqdə artan təsirini dayandırmaq üçün erməni kartından istifadə etdi.

Fransanın tək hərəkət etdiyini düşünmək sadəlövhlük olardı. Demək ki, bəziləri Türkiyənin cızdığı yüksək profilli siyasətin qarşısını almaq, müstəqil siyasətini dayandırmaq üçün gah erməni, gah PKK  kartından istifadə etməkdə təkid eləyir

Bu hərəkət planını cızanların əsasən Türkiyənin mövqeyindən, xüsusilə Baş nazir Ərdoğanın profilindən narahat olduqları aydındır. Bu məqamda Fransanın Minsk qrupundakı statusunu Azərbaycanın Fransaya olan rəftarı müəyyən edəcək. Azərbaycan birmənalı olaraq bu qrupdan Fransanı çıxarılmasına nail olmalıdır. Türkiyə bu mövzuda Azərbaycandan konkret mövqeyini ortaya qoymasını istəməli və nəzakətli olmamalıdır. Şübhəsiz ki, cəmiyyətin böyük əksəriyyəti Türkiyənin yanındadır. Azərbaycan iqtidarının sözdən hərəkətə keçməsinin tam vaxtıdır.

Fransanın statusunu nəzərə alsaq, Azərbaycanın reaksiyası təbiidir. Amma digər tərəfdən, Azərbaycan iqtidarının səbri, susmağa yaxın sakitliyi Türkiyə bir yana qalsın, Azərbaycan ictimaiyyətində də etirazla qarşılandı. Müxalifətin demək olar ki, hər bir hissəsi sərt reaksiyasını bildirdi. Azərbaycan hökümətinin susmamağını tələb etdilər. Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyi etiraz etdi və Fransanı mülayim dillə tənqid etdi. Hətta xarici işlər nazirinin müavini Fransa səfirini nazirliyə dəvət edərək narahat olduqlarını bildirdi.

 Lakin deyəsən bunlar nə Azərbaycan cəmiyyətini, nə də Türkiyəni təmin eləmədi. Usta  köşə yazarları bu məsələyə toxundular. Xüsusilə məşhur jurnalist Taha Akyolun yazıları Azərbaycanda bəzi kəsləri narahat etdi. Belə ki, Yeni Azərbaycan Partiyasının eyni adlı qəzeti Akyolu, Azərbaycanın mədəni coğrafiyamızın tanıdılmasında Azərbaycanın haqlı səsini daim Türk cəmiyyətinə çatdıran, Azərbaycan iddiasını hər zaman müdafiə edən insana hücum yolunu tutdu.

“Yeni Şəfəq” qəzetində dərc olunan  Azərbaycanı tənqid edən yazılar Azərbaycanın müxalifət qəzetlərinin belə tənqidlərinə məruz qaldı. Türk mətbuatının bu səhvi Azərbaycanda yerli milliyyətçilik hissiyatını artırdı və bu dəfə tənqid olunan iqtidarın səbrli rəftarını müxalifət qəzetləri də müdafiə etdi. Amma Azərbaycanı tənqid edərkən bir neçə incə nöqtəyə diqqət etmək vacibdir. Xüsusilə “Hamımız erməniyik” şürları ilə keçən mitinqlərdə Azərbaycan əleyhinə başlıqların olması xeyli düşündürücüdür. Məşhur jurnalist Taha Akyolun yanaşması kimi fikirlər doğru xətti müəyyən etməyə kömək edir. 

Azərbaycan iqtidarının narahat olduğunu bütün cəmiyyətə çatdıran yazılar, həm də “Hamımız erməniyik” fəlsəfəsi ilə keçən mitinqlər Azərbaycandakı kimi etirazla qarşılanmalıdı idi.  

Azərbaycanda ən çox deyilən fikir budur: “Hamımız erməniyik” şüarları ilə Dink iddiasının nəticəsini tənqid edən insanlar görəsən niyə Xocalı soyqırımı ilə əlaqədar “Hamımız azəriyik” şüarları ilə ermənilərin yeni tariximizdə etdikləri zülmə etiraz etmədi? Bu səs ancaq yalnız Milliyyətçi Hərəkat dairələrdən çıxdı, suallarını da özü ilə bərabər  gətirdi. Halbuki, hər iki ölkədə qarşılıqlı səylə mühiti bulandırmaq siyasətinə açıq-aşkar xidmət edir.

Azərbaycanda Qəmbər, Şövkət, Kərimli, İsmayılov, Əliyev, Mirəlioglu kimi partiya başçıları, vətəndaş cəmiyyətin önəmli insanları, medianın əhəmiyyətli şəxsləri, parlamentdən iqtidar partiyası üzvləri də, Milli Məclisin əksəriyyəti şərhləri ilə Türkiyənin yanında, Fransanın qarşısında iştirak etdi. Rüstəm İbrahimbəyov kimi məşhur sima Fransa Mədəniyyət Nazirliyinin medalını geri qaytardığını açıqladı.

Avropa  Şurasında Azərbaycan nümayəndə heyəti ciddi səylər göstərdi. Millət vəkili Qənirə Paşayevanın Avropa Şurasındakı səyləri hər nə qədər qərarın qarşısını almasa da, Fransa parlamentində narahatlığa və ciddi sənədlərin qəbul edilməsinə səbəb oldu. Bir neçə gün Strasburqda Azərbaycan nümayəndə heyəti Türkiyə nümayəndə heyəti ilə eyni təkidlə hərəkət etdi. Azərbaycanı tamaşaçı kimi qələmə vermək heç də doğru yanaşma deyil. Diqqət edilsə, görünər ki, Türkiyədən sonra Fransa səfirləri içərisində Bakı səfiri tez-tez cavab vermək məcburiyyətində qalan ikinci səfir oldu. Demək olar ki, Türkiyə qədər Azərbaycanda da bunu tələb edən cəmiyyət var. Türkiyə qədər bunun ağrısını yaşayan, hətta buna göz yaşı tökəcək cəmiyyət var.

Fransanın həmsədrlikdə qalması Türkiyədən çox Azərbaycanın əleyhinədir. Türkiyə istədi deyə etməlidir kimi bir yanaşma  dogru deyil. Erməni məsələsində öz mövqeyini ortaya qoyan bir ölkə Yuxarı Qarabağ məsələsində necə ədalətli ola bilər ki? Bu ədalətsiz  yanaşma Türkiyədən daha çox Azərbaycan üçün nümunə olmalı və Azərbaycan bu fürsəti qiymətləndirərək cəsur addım atmalıdır. Türkiyənin mövqeyini dəstəkləməklə Azərbaycan ciddi siyasi xarakter sərgiləmiş olacaq. Azərbaycan hakimiyyəti ürkək davranışlarını tərk edib tarixi missiyasını reallaşdırmalıdır. Əks halda, həm tarixdəki yeri mənfi olacaq və siyasi iradə - cəsur xarakter göstərməzsə, ən böyük siyasi və tarixi  zərbəni özünə edəcək.

"Star" qəzeti

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq