Modern.az

Deputatın seçicilərlə görüşü davam edir

Deputatın seçicilərlə görüşü davam edir

20 Avqust 2019, 13:42

103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc  Hüsynovanın rayonun Ərtəpə, Pirbulaq, Soyuqbulaq, Söyüdlü,  Əlinağılar,  Arısu,  Xarxar,  Düzyurd, Şəkərbəy, Əmiraslanlı kədlərində seçicilərlə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşlərdə millət vəkili Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən,  ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsindən, vətəndaşların maddi rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan geniş bəhs edib. Ərtəpə, Pirbulaq, Soyuqbulaq, Söyüdlü kəndlərində  seçicilər   Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolunun yenidən qurulması , asfaltlaşdırılması və həyata keçirilən digər layihələrlə bağlı Ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Sonra seçicilər tərəfindən  ünvanlanan suallar cavablandırılıb və onları narahat edən məsələlər dinlənilib.

 

Qeyd edək ki, rayonun Arısu, Əlinağılar, Əmiraslanlı, Şəkərbəy, Ərtəpə, Pirbulaq, Soyuqbulaq kəndlərində əhalinin irəli sürdüyü məsələ qeyd olunan kəndlərin qazlaşdırılması, Arıqdam,Düzyurd, Söyüdlü kəndlərində isə kəndlərə su xətlərinin çəkilməsi ilə bağlı olub.

Seçicilər tərəfindən edilən bir sıra müraciətlər də artıq öz həllini tapıb,  bəzi problemlərin həll edilməsi məqsədi ilə isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağı bildirilib. Həmçinin bir sıra məsələrlə də bağlı tövsiyyələr verilib.

Görüşlər davam edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir