Modern.az

Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb

Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb

20 Avqust 2019, 17:10

Şabran rayonunda dördmərtəbəli binanın zirzəmisində taxta və məişət tullantıları 5 m² sahədə, 16 ədəd su sayğacı, birinci mərtəbəsində elektrik lövhəsində quraşdırılan 16 ədəd sayğacdan 5 ədədi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 22 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 6 nəfər tüstüdən zəhərlənmə diaqnozu (ilkin yardım göstərildikdən sonra evə buraxılıblar) və 1 nəfər ayaq nahiyəsindən xəsarət ilə təcili yardım xidməti tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb. Mənzillər və sayğacların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI