Modern.az

Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü

Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü

20 Avqust 2019, 22:07

Fövqəladə Hallar Nazirliyi Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülməsi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin saytında qeyd olunub.

Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları yanğının qarşısını alıb.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötükləri yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı