Rusiyanın Omsk vilayətində 25 yaşlı azərbaycanlı göldə boğulub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə vilayətin Qorkovsk rayonundakı göldə baş verib.
Havanın və suyun soyuq olması 25 yaşlı gənci üzməkdən saxlaya bilməyib. Onu cəsədi dalğıclar tərəfindən çıxarılıb.