Modern.az

Tramp Danimarka səfərini təxirə saldı

Tramp Danimarka səfərini təxirə saldı

21 Avqust 2019, 14:30

ABŞ Prezidenti Donald Tramp Danimarkaya gələn aya planlaşdırılan səfərini təxirə salıb.

 

Bu haqda Prezident avqustun 20-də tvitində yazıb. Bundan öncə isə Danimarkanın baş naziri “Qrenlandiyanın alınmasının müzakirəsində maraqlı olmadığını” bildirib.

Tramp iki gün öncə deyib ki, adanın alınması prioritet deyil. Ancaq o, avqustun 20-də bildirib: “Danimarka xüsusi bir ölkədir, adamları təkrarsızdır. Amma Baş nazir Mette Frederiksen Qrenlandiyanın alınmasını müzakirə etməkdə maraqlı olmadığını dediyindən görüşümüzü başqa vaxta keçirirəm”.

 

Bundan öncə Tramp Qrenlandiya kimi təsvir etdiyi bir kəndin fonunda üstündə öz adı olan otel şəkli paylaşmışdı.

56 min nəfər əhalisi olan Qrenlandiya Danimarkanın özünü idarə edən ərazisidir. Yerli hökumət daxili məsələləri idarə edir, xarici və təhlükəsizlik siyasətinə Kopenhagen baxır.

 

Qrenlandiyada Birləşmiş Ştatların böyük hərbi bazası yerləşir.

Azadliq.org xatırladır ki, ABŞ 1946-cı ildə Qrenlandiyanı Danimarkadan 100 milyon dollara almağı təklif etsə də, sövdələşmə rədd olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər