Modern.az

“Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov

“Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov

Aktual

21 Avqust 2019, 15:29

“Azərbaycan Dillər Universitetinə qəbul olunan və ailədaxili problem yaşayan Orxan Bağırzadənin yaşadığı çox aktual bir məsələni ortaya çıxarır. Aztəminatlı, imkansız şəxslərin ali və orta ixtisas təhsili müəssisələrinə qəbulundan sonra təhsil haqqını ödəməsi problemi həll olunmamış qalır”.

Modern.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O Təhsil Fondunun yaradılmasını təklif edib:

“Düzdür, Gənclər Fondu, “Maarifçi” Tələbə Kredit Fondu kimi təsisatlar var.  Gənclər Fondu və “Maarifçi” Kredit Fondu təhsil alan tələbələrin təhsil haqqını ödəmək imkanına malikdir. Amma az bir qisim və müsabiqə şərtini ödəyən şəxslərin təhsil haqqı ödənir.  Eyni zamanda, bu fondlar xarici ölkələrdə təhsil almağa üz tutan şəxslərin də maliyyələşdirilməsini həyata keçirir. 

Göründüyü kimi, abituriyentlərin tələbəyə çevrildiyi dövrdə onların təhsil haqqının ödənilməsinə dəstək verəcək, kömək edəcək şəxslər, qurumlar, fondlar yoxdur.

Təklif edirəm ki, Təhsil Fondu yaradılsın”. 

K.Əsədov yaradılmasını arzuladığı yeni fondun iş mexanizmini isə bu cür izah edib:

“Fond sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin (qəbul olmuş istənilən şəxs) təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçirsin.

Çox şəffaf bir sistem yaratmaq olar. Açıq bank hesabı ilə hər kəs müəyyən qədər yardım etsin. Hətta bunun üçün mütəmadi olaraq kampaniyalar da təşkil etmək olar. Təhsil Fondu tərəfindən maliyyələşmə - təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanması həyata keçirilə bilər. Yəni daha çox sıxıntı ilk ilin təhsil haqqının ödənilməsi ilə bağlı olur. Sonradan hissə-hissə ödəmək imkanı olduğu üçün şəxs tərəfindən ödənilə bilər. 

Əlbəttə ki, hesabatlılıq əsas şərtdir. Düşünürəm ki, bu layihə qısa müddətdə həyata keçirilsə yaxşı olardı”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir