Modern.az

Aktyor Məhərrəm Qurbanov vəfat etdi  

Aktyor Məhərrəm Qurbanov vəfat etdi  

Allah rəhmət eləsi̇n

21 Avqust 2019, 18:21

Aktyor Məhərrəm Qurbanov vəfat edib. 

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı Aytən Qurbanova məlumat verib.

 

O bildirib ki, atası bu gün axşam saatlarında vəfat edib: “Xəstəxanadan bizə dedilər ki, atanızın vəziyyəti ağırdır, bir neçə saat ömrü qalıb. Biz də xəstəxanadan çıxarıb evə gətirdik, yolda keçindi”.

 

A.Qurbanova atasının sabah Yasamal qəbiristanlığında dəfn ediləcəyini vurğulayıb. 

 

Qeyd edək ki, M.Qurbanov avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 1959-cü ildə Gəncədə anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyət göstərib. Geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü