Modern.az

Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub    

Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub    

21 Avqust 2019, 19:23

 

 

Nəsimi rayonunda yol hərəkət iştirakçılarına təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Modern.az xəbər verir ki, 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault Tondar” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Umud oğlu Babayev rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. O, idarə etdiyi avtomobilə başqa dövlət nömrə nişanı – 10 PS 510 nömrə nişanı vurmaqla idarə edib, hətta, bəzən nömrədəki “P” hərfinə rəngli yapışqanla müdaxilə edərək “R” halına salıb. 

 

Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə  Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək, həmin gün oradan qaçmağa müvəffəq olub. 

 

Lakin o, avqustun 21-də Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

 

Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Umud oğlu Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub, eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir