Modern.az

Bu günün hava proqnozu – qar, şaxta çovğun

Bu günün hava proqnozu – qar, şaxta çovğun

8 Fevral 2012, 10:29


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 8-də hava kəskin soyuqla, şaxta və qarla müşayiət olunacaq.

Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, şimal-qərb küləyinin şiddətlənəcəyi, arabir qar yağacağı, çovğun olacağı gözlənilir.
Gündüz 3-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Temperaturun gecə 13-18 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperaturun gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Temperatur gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Temperaturun gecə və gündüz 1-5 dərəcə şaxta, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 5-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin kəskin hava şəraiti haqqında xəbərdağlıında deyilir ki, fevralın 9-u gündüzədək kəskin hava şəraitinin davam edəcəyi, qarlı, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, çovğun olacağı gözlənilir.
Havanın minimal temperaturunun 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi